09 yanvar 2020 / 19:57
Cəmiyyət

Fantastik kəşf: İnsanlar BU PLANETDƏ yaşaya bilər - FOTO

Fantastik kəşf: İnsanlar BU PLANETDƏ yaşaya bilər - FOTO
Günəş sistemindən 100 işıq ili məsafədə insanların yaşaya biləcəyi "TOI 700 d" planeti aşkarlanıb.

Azerifakt.az-ın ribalych.ru-ya istinadən verdiyi xəbərə görə, "TESS" teleskopu ilə edilən kəşf barədə NASA bildirib.

Planet cənub "Dorado" bürcündə yerləşir, "qırmızı cırtdan" adlanan kiçik və nisbətən soyuq ulduzun ətrafında fırlanır.

"TOI 700 d" planeti Yer kürəsindən 20% böyükdür və öz ulduzu ətrafında cəmi 37 günə fırlanır.

11 ay ərzində alimlər planetdə heç bir partlayış müşahidə etməyiblər, bu isə burada yaşayış qurmaq şansının olduğunu göstərir. Bununla yanaşı, planet "yaşayış zonası"nda yerləşir və Yerin Günəşdən aldığı enerjinin 86%-ni alır.


"Qırmızı cırtdan" ulduzunun ətrafında cəmi üç planet fırlanır - TOI 700 b, c və d. Lakin yalnız sonuncusu ulduzdan nə çox uzaq, nə çox yaxın yerləşir. Həmin məsafədə planetin üzərində maye halında su əmələ gələ bilər.

Fantastik kəşf: İnsanlar BU PLANETDƏ yaşaya bilər - FOTO

Lakin böyük mənfi cəhəti bundadır ki, "TOI 700 b"-nın yalnız bir üzü daim ulduza tərəf olur.

Fantastik kəşf: İnsanlar BU PLANETDƏ yaşaya bilər - FOTO
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz