14 mart 2020 / 14:12
Cəmiyyət

Onlar sosial şəbəkələrdə gələcəyimizi zəhərləyir!!!

Onlar sosial şəbəkələrdə gələcəyimizi zəhərləyir!!!
İnanıram ki, dövlətimiz tərəfindən koronavirus təhlükəsinin öhdəsindən layiqincə gələcək və tez bir zamanda təşviş içində olan əhali öz rahatlığına qovuşacaq lakin daha mühüm təhlükə qapını çoxdan açıb keçib içəri. 
Bu təhlükənin adı narkotikdir. 
Dünənə qədər polisin səyi nəticəsində qarşısı daim alınan narkotik satıcıları artıq evlərində yox, internet vasitəsilə satışı həyata keçirir. 
NZS,Keşlə, Qədirli və s. kimi tanıdığımız yerləri bildiyimiz üçün övladlarımızı nəzarətdə saxlamaq mümkün olduğu dövr artıq keçmişdə qalmış sayılır və Rusiyada təməli qoyulan, bizə yaxın Gürcüstanda inkişaf edən narkotiklərin satışını təşkil edən internet mağazaların Azərbaycanda da təzəlikcə başlanılmasını valideynlərin diqqətinə çatdırmaq lazımdır ki, onların bugün yuxusuna da girsə anlamayacağı şeyi gördükdə nə olduğunu bilməsi üçün məlumatı olsun. 
Əsas məktəblilərin vasitəsi ilə yayılan şifahi reklam, binanın divarlarına yazılan sayt, mesenger adları narkotik satışı ilə məşqul olan internet dükanlarının reklamıdır.
Saytda daxil olmaqla elektron cüzdan (portmanat, webmoney, qiwi, yandex)-dən ödəməni etdikdən sonra tanımadığı, görmədiyi və axtarış zamanı tapılması mümkün olmayan şəxs tərəfindən google maps da qeyd etmək üçün 10,11 rəqəmli koordinatlar göndərildikdən sonra alıcı əlində telefon, xəritəyə baxaraq ona ötürülən ünvana gedir. 
Təyin olunmuş ünvana çatdıqdan sonra torpaqda, ağacın dibində, oturacaqların altında maqnitlə yerləşdirilmiş paketin əldə edib alış-verişi bitirmiş hesab edirlər.
 

Paketləmə isə əsas bu şəkildə olur :


Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin narkomaniyaya qarşı mübarizədə etdikləri cəsarətli addımlarlndan şübhəm yoxdur. 

Lakin bu üsul artıq polisin nəzarətindən kənarda olması göz qabağında olduğu üçün polisə bu mövqedə dəstək olmaq üçün cəmiyyət qarşısında maarifləndirmə işi aparmaq lazımdır. Ondan sonra marketlərdə terminalların nəzarətində gücləndirilmiş nəzarəti təşkil etməyi tövsiyə edirəm vətəndaş olaraq. 

Gələcək nəsilin təhlükəsizliyi bizim əlimizdədir. 

Rəşad Bakinski
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz