12 may 2020 / 22:00
Cəmiyyət

Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu - 55 pasiyent sağaldı, biri vəfat etdi

Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu - 55 pasiyent sağaldı, biri vəfat etdi
Azərbaycan Respublikasında 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Big.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz