09 iyun 2020 / 17:23
Cəmiyyət

"Küçəyə çıxma qadağası yoluxmanı azaldacaq" - Ramin Bayramlı

"Küçəyə çıxma qadağası yoluxmanı azaldacaq" - Ramin Bayramlı
Bu dəfə tətbiq olunan küçəyə çıxma qadağası arzuolunan istiqamətdə getdi. Vətəndaşların belə çətin anlarda davranışı, həmrəylik göstərməsi ümumillikdə tibb işçilərinin üzərinə düşən yükü azaltmaqla yanaşı, həm də xəstəliyə yoluxanların sayının azalmasına təsir edəcək.

Sonxeber.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu müddətdə təcili yardıma müraciətlərin sayının artması nəticəsində az da olsa gecikmələr müşahhidə olunub:

"Küçəyə çıxma qadağası ilə əlaqədar olaraq bəzi ən xırda hallarda belə vətəndaşlarımız qadağa ilə əlaqədar olaraq xəstəxanaya özləri gedə bilmədiyindən, təcili yardım xidmətinə müraciət ediblər. Baş ağrısı, bəzi dərmanlar vasitələri üçün müraciətlər olub. Bununla əlaqədar olaraq təcili yardıma çağırış sayı 800-ə qədər artıb.

Bir daha öz daxili resurslarımızı analiz edərək müəyyən tədbirlərin görülməsini qərara almışıq. Ancaq bir daha vətəndaşlarımızdan xahiş edirik ki, gələcəkdə yenidən karantin rejimi tətbiq olunacaqsa, belə halların baş verməməsi üçün xırda çağırışlara ehtiyac duyulan məsələlərin tədbiri əvvəlcədən görülsün. Məsələn, dərman preparatlarının alınması və sairə kimi".

Ramin Bayramlı vətəndaşları özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmamağa çağırıb: "Elan olunan bütün ictimai və qapalı məkanlarda maskadan istifadə, iş yerlərində sosial məsafəni qoruma, şəxsi gigiyenaya diqqət edilməsi vacibdir.

Əgər bunlara əməl olunsa, çox qısa müddətdə normallaşma prosesi mümkündür. Bu yaxınlarda isə daha bir neçə modul tipli xəstəxana istifadəyə veriləcək".


Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz