15 iyul 2020 / 09:59
Cəmiyyət

Şəhid general dəfn edilir... BAŞIN SAĞ OLSUN VƏTƏN!!!

Şəhid general dəfn edilir... BAŞIN SAĞ OLSUN VƏTƏN!!!
Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunur.
 
azerifakt.az modern.az-a istinadla xəbər verir ki, dəfn mərasimində Prezident Admisintrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirlər.
 
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.
 
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.




Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz