20 avqust 2020 / 13:47
Cəmiyyət

Lotu Quli öldürüldü

Lotu Quli öldürüldü
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.
Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Kriminal avtoriteti qətlə yetirən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir. 
APA bildiri ki, ilkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.


azerifakt.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən bildirir ki, onu başından güllələyərək öldürüb hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb.
Qatilin kimliyi ilə bağlı rəsmi məlumat olmasa da,bu şəxs "Lotu Quli"nin öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz