21 avqust 2020 / 14:04
Cəmiyyət

Sərt karantin vaxtı Yevlaxda təşkil olunan toy məclisinə polis rəisinin müavini icazə verdi

Sərt karantin vaxtı Yevlaxda təşkil olunan toy məclisinə polis rəisinin müavini icazə verdi
COVİD-19 pandemiyasının geniş yayıldığı bir vaxtda, Yevlax rayonunda təşkil olunan toy məclisi üçün rayon polis idarəsinin rəis müavinindən qeyri qanuni yolla icazə alınıb.
İstixebertv.com xəbər verir ki, rayonun Ömər Faiq Nemanzadə küçəsinin sakini Əkbər adlı şəxs övladı üçün evində toy məclisi təşkil edib.

Ömər Faiq Nemanzadə küçəsi Əkrin evi
Ziyafət məclisinə çox sayda qonaqlar təşrif buyurub.
“Gözətçi”
Hətta məlumat yayılmasın deyə qapının qarşısına “gözətçi” belə təyin ediblər.
Yevlax rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov
Əldə etdiyimiz məlumata görə, toy sahibi Əkbər Rayon Polis İdarədinin rəis müavini, polis polkovnik leytenantı Əfqan Qurbanovdan qeyri-qanuni icazə alıb. Rəis müavini də məclisin təşkil olunmasına “icazə” verib. Ziyafət məclisinin təşkilindən xəbər tutulduğunu anlayan rəis müavini tələsik ev sahibinə xəbərdarlıq edib ki, məclisi dayandırın, məlumatı olanlar var.
Məclisin təşkil olunmasından xəbəri olduğu anlayan Əfqan Qurbanov niyə həmin məclisə polis əməkdaşlarını “qonaq” qismində göndərmədi?
Sualın cavabını isə yuxarıda qeyd etmişik: özü “İcazə” verib!
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Həmin kadrları sizlərə təqdim edirik:

İstixebertv.com Yevlax
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz