21 avqust 2020 / 16:38
Cəmiyyət

Baş Prokurorluq vətəndaşların suallarını cavablayıb

Baş Prokurorluq vətəndaşların suallarını cavablayıb
Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib.
azerifakt.az xəbər verir ki,  ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 107 müraciət daxil olmuş, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.
Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb.
Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz