17 sentyabr 2020 / 11:23
Cəmiyyət / Foto lent

"Azəriqaz"İB Şəmkir sahibkarlarını müflis olma təhlükəsi ilə üz-üzə qoyur-Video

"Azəriqaz"İB Şəmkir sahibkarlarını müflis olma təhlükəsi ilə üz-üzə qoyur-Video
Şəmkir rayonunda yerləşən istixana sahibkləri Tarif Şurasının 2017-ci il qaz israfının tariflərinin artması ilə bağlı qərarından sonra Azəriqaz İB-nə xüsusi külli miqdarda borclanıblar. Bununla əlaqədar olaraq Azəriqaz İB rayonun 150-dən çox istixanasının qaz təminatını dayandırıb. Sahibkarların Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliyi və Azəriqaz İB rəhbərliyi ilə görüşmələrinə baxmayaraq problem hələdə həllini tapmır.  Sentyabr ayının sonuna qədər qaz təminatı bərpa olunmasa sahibkarlar istixanaların fəaliyyətini dayandıracaq bu da 60 mindən çox insanın işsiz qalması və milyonlarla maddi zərər ilə nəticələnəcək. Məlum problem ilə bağlı artıq bir neçə sahibkar bizneslərini Rusiya və İrana köçürüblər. Sahibkarlar media vasitəsi ilə ölkə başçısına müraciət edərək  qaz borclarının bağışlanmasını və qaz tariflərinin köhnə qiymətlər ilə hesablanmasını xahiş ediblər  Qeyd edək ki, pandemiya dönəmində iqtisadi durğunluğa baxmayaraq Şəmkir sahibkarları istixanada çalışan fəhlələrin əmək haqqlarını öz şəxsi vəsaitləri hesabına ödəmiş və onları işdən azad etməmişlər.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz