22 yanvar 2020 / 19:27
Cəmiyyət

Doğru yol partiyasının namizədi...

Doğru yol partiyasının namizədi...
1977-ci il avqustun 20-si Cəbrayıl rayo­nun­da zəhmətkeş ailədə anadan olub. 
1983-cü ildə Cəbrayıl rayonunda orta mək­təbə gedib. 
1993-cü il avqustun 23-də Cəbrayıl rayonu iş­­ğal olunduqdan sonra orta təhsilini Sum­qa­yıt şəhər 31 saylı orta məktəbdə davam etdi­rib.
1994-1998-ci illərdə Azərbaycan Dövlət İq­ti­sad Universitetində (ADİU) təhsil alıb. 
1998 -1999-cu illərdə hərbi xidmətdə olub.
1999-2006-cı illərdə inşaat sektorunda iş icraçısı vəzifəsində çalışıb.
2006-2019-cu illərdə özəl biznes sahəsin­də ça­lışıb və xidmət müəssisəsinə rəhbərlik edib. 
2017-ci ildən Doğru Yol Partiyasının İdarə Heyətinin üzvü, sədr müavini seçilib. 
İxtisasca iqtisadçıdır. 
Ailəlidir, 4 övladı var. 


İşğal altında qalan torpaqlarımızın və əsirlikdə olan həmvətənlərimizin azadlığı istiqamətində fəaliyyət əsas görəcəyim işlərdən olacaq 
Savadlı və milli ruha sahib olan yeni nəslin yetişdirilməsi üçün qanunların qəbul olunmasına çalışacağıma  SÖZ VERİRƏM.
Yeni doğulan körpələr və onların valideynlərinə dəstək istiqamətində qanunların qəbul olunma­sına  çalışacağıma  SÖZ VERİRƏM.
Şəhərimizin mövcud ekoloji probleminin həlli isti­qamətində müvafiq strukturlar qarşısında məsələ qaldıracağıma və bu istiqamətdə çalışacağıma  SÖZ VERİRƏM.
Şəhərimizin gözəl bir guşəsində yeni Məscidin tikilməsi üçün müvafiq orqanlar qarşısında mə­sələ qaldıracağıma  SÖZ VERİRƏM.
Gözəlləşən şəhərimizdə işsizlik probleminin həlli, yeni iş yerlərinin açılması üçün yerli investorların kapital qoyuluşuna müsbət şəraitin yaradılması istiqamətində çalışacağıma  SÖZ VERİRƏM.
Əlillər və tənhalara qayğı mərkəzi, Ahıllar evinin tikilməsinə çalışacağıma   SÖZ VERİRƏM.
Qarabağ  əlilləri, müharibə veteranlarının və şə­hid ailələrinin hüquqlarının müdafiəsinə çalı­şa­cağıma  SÖZ VERİRƏM...
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz