01 fevral 2020 / 17:55
Cəmiyyət

Türkiyədə 81 il azadlıqdan məhrum edilən azərbaycanlının ailəsi ekstradisiya edilməsi üçün yardım istəyir

Türkiyədə 81 il azadlıqdan məhrum edilən azərbaycanlının ailəsi ekstradisiya edilməsi üçün yardım istəyir
Naxçıvan Muxtar Respublikası Kəngərli  rayonu Qıvraq qəsəbəsinin  sakini Zəkiyə Məmmədova onu  uzun illərdir ki, narahat edən məsələ ilə bağlı azerifakt.az –a müarciət edib. 
Onun sözlərinə görə,  qadın 1956-cı ildə Kəngərli Rayon Qıvraq qəsəbəsində anadan olub, təqaüdçüdür və 3 övladı var. 
“Böyük oğlum Məmmədzadə Ramin Saməddin Oğlu 2011ci ildə Türkiyənin İstanbul şəhərində  “Gasb” (Quldurluq)Maddəsi ilə həbs edilib. Uzun sürən haqsızlıqla mübarizə apardığımız məhkəmədə təssüflər olsun ki,  81il 18 ay(28il Günə Gün) həbs cəzası verilldi.
 Yoldaşım da, mən də ürək xəsətəsi olduğumuz üçün oğlumuzu həbsdə olduğu 9 il ərzində gedib görə bilməmişik. 
Bu səbəbdən də oğlum Məmmədzadə Ramin Saməddin oğlunun Azərbaycana ekstradisiya olunması üçün  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etdik”-deyə Z. Məmmədova bildirib.
Onun sözlərinə görə, müraciətə dərhal cavab verilib və Azərbaycan Respublikasının  Pentensiar Xidmətinin Beynəlxalq Əlaqələr Şöbəsində oğlu Məmmədzadə Ramin Saməddin oğlunun Azərbaycana ekstradisiya olunmasına başlanılıb. 
Amma uzun sürən proseslərdən sonra Pentensiar Xidmətdən ailəyə bildirilib ki, azərbaycanlı məhkumun öz ölkəsinə gətirilməısi mümkün deyil.
 
Buna səbəb kimi isə,  Türkiyə ilə Azərbaycanda verilən cəzaların uyğunsuzluğu göstərilib. 
 
Z. Məmmədova bildirib ki,  Türkiyə tərəfi Ekstradisiya prosesində tələb edilən bütün prosedurları yerinə yetirib, ancaq Azərbaycan öz vətəndaşından imtina edir. 
Daha sonra Z. Məmmədova  məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Xanımı  Mehriban Xanım Əliyevaya müraciət ünvanlayıb: “ Doqquz ildir gözü yolda qalan gözüyaşlı bir ana kimi, bir vətəndaş kimi ümidim sadəcə sizlərədir. Oğlumun Azərbaycana gətirilməsi cəzasının qalan hissəsini vətənində çəkməsi üçün etdiyim bütün cəhdlər boşa çıxsa da sizlərə ümidim sonsuzdur.  Cənab Prezidentimiz İlham Əliyev,Birinci Xanımımız Dəyərli Mehriban Xanım, bizə yardım edin”. 



Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz