13 yanvar 2020 / 17:54
Cəmiyyət

Dövlət qulluğuna qəbul üçün növbəti müsahibə elan edildi

Dövlət qulluğuna qəbul üçün növbəti müsahibə elan edildi
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları üzrə inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 36 dövlət orqanında 703 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən BiG.AZ-a verilən məlumata görə, müsahibədə iştirak üçün namizədlər 11 fevral 2020-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.


Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (435 vəzifə) və Mədəniyyət Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunub.

Dövlət Statistika Komitəsi 33, Gənclər və İdman Nazirliyi 30, Şirvan Apellyasiya Məhkəməsi 15, Bakı Ağır Cinayətlər Məhkəməsi 14, Şəki Apellyasiya Məhkəməsi 14, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 10 vəzifə və s. üzrə vakant yer təqdime dib.

Ümumilikdə, müsahibəyə çıxarılmış 703 vakant vəzifənin 1-i 4-cü təsnifata, 60-ı 5-ci təsnifata, 35-i 6-cı təsnifata, 607-i isə 7-ci təsnifata aid olmaqla, 3-ü AB, 85-i AC, 57-si BA, 558-ü isə BB vəzifə qrupuna aiddir.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz