25 fevral 2020 / 21:24
Cəmiyyət

Xocalını "Haray"la xatırlayın!!!

Xocalını "Haray"la xatırlayın!!!
Xocalı Azərbaycan tarixinin qanlı səhifəsidir.  Əsrlər keçsə belə Azərbaycan xalqı bu vəhşəti unutmayacaq.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
 
uşaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər.
 
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
 
487 nəfər yaralanmışdır, onlardan:
 
uşaqlar - 76 nəfər;
 
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.



Aradan 28 il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu gün də bu soyqırımını göz yaşları ilə xatırlyır. Bu illər ərzində Xocalı soyqırımı, Xocalı həsrəti müxtəlif rejissorlar tərəfindən filmlər çəkilib.


Rejissor Faiq Kərimoğlunun  çəkdiyi, jurnalist, aktrisa Esmira Azayevanın peşəkarcasına canlandırdığı, dözümlü, qürurlu Azərbaycan qadını-Xocalı qadını timsalında “Haray” filmində  yaddaşlarda yeniləndi. Xatırladaq ki, film təmənnasız çəkilən televiziya layihəsidir.  Ümid edirik ki, tamaşaçılar filmi bəyənəcəklər. Çünki hər bir azərbaycanlı tariximizi bilməlidir.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz