07 iyun 2020 / 10:57
Dünya

Nyu-York Prokuroru etirazçıları mühakimə etməkdən imtina edib

Nyu-York Prokuroru etirazçıları mühakimə etməkdən imtina edib
Nyu-Yorkda Queens rayonunun Baş prokuroru Melinda Katz etiraz aksiyaları zamanı komendant saatını pozduqlarına və ya sosial məsafəyə əməl etmədiklərinə görə tutulan şəxsləri mühakimə etməyəcəyini bildirib.
Apa TASS-a istinadən xəbər verir ki, Katz bu barədə Twitter səhifəsində yazıb.
Prokurorun sözlərinə görə, o, bu məsələ ilə bağlı Manhettan prokuroru Sayrus Vansanın fikrilə həmrəy olduğunu vurğulayəb. 
O qeyd edib ki, Sayrusla birlikdə mövqe nümayiş etdirməkdən qürur duyur. Sosial ədalət prinsiplərinə sadiq olduğunu yazan prokuror qaradərili insanlara qarşı polis zorakılığını qınayıb.
Qeyd edək ki, ötən gecə Nyu-Yorkda nümayişlər zamanı 40 nəfər tutulub. İyunun 5-nə keçən gecə isə saxlanılanların sayı 270 nəfər olub.  Vaşinqton və Nyu-York da daxil olmaqla ABŞ-ın təxminən, 40 şəhərində komendant saatları tətbiq edilmişdi. 
Los-Ancelesdə və Kaliforniyanın bir çox yerində bu rejim artıq ləğv olunub. 
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz