09 iyun 2020 / 17:20
Dünya

Ukrayna Azərbaycanla uçuşların bərpasını müzakirə edir

Ukrayna Azərbaycanla uçuşların bərpasını müzakirə edir
Ukraynanın Xarici İşlər Nazirliyi Azərbaycan, Gücüstan, Türkiyə və Bolqarıstana uçuşların bərpa edilməsi ilə bağlı bu ölkələrin müvafiq qurumları ilə müzakirələr aparır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir müavini Yevgeni Yenin məlumat verib.

Onun sözlərinə görə, artıq sözügedən istiqamətdə müsbət siqnallar var.

"Ukrayna ilk olaraq koronavirusla bağlı epidemioloji vəziyyətin nəzarət altında olduğu ölkələrlə aviareysləri bərpa edəcək: "Ukraynadan həmin ölkələrə səfər edən vətəndaşlarımız ilk öncə koronavirusla bağlı testin cavabının mənfi olmasına dair arayışı əldə etməlidirlər", - deyə nazir müavini qeyd edib.
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz