09 yanvar 2020 / 20:00
Şou Biznes

İlon Mask altıncı dəfə ata olacaq: hamilə xanımının ÇILPAQ ŞƏKLİ SİLİNDİ - FOTO

İlon Mask altıncı dəfə ata olacaq: hamilə xanımının ÇILPAQ ŞƏKLİ SİLİNDİ - FOTO
48 yaşlı milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin banisi İlon Mask və 31 yaşlı sevgilisi, müğənni "Grimes" ilk ortaq övladlarının dünyaya gəlməsini gözləyirlər.

Azerifakt.az-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, "Grimes" bu barədə şəxsi "İnstagram" səhifəsində qeyri-adi formada bildirib: paylaşdığı çılpaq fotoda qadının qarnında uşaq şəkli çəkilib.

İlon Mask altıncı dəfə ata olacaq: hamilə xanımının ÇILPAQ ŞƏKLİ SİLİNDİ - FOTO

Bu şəkil sonradan silinib. Çox güman ki, buna səbəb "İnstagram"-senzura olub. Lakin müğənni onu yenidən yükləyib.

Uşağın atası İlon Mask hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu, müğənninin ilk övladı, lakin Maskın artıq 6-cı uşağı olacaq.

İlon Mask altıncı dəfə ata olacaq: hamilə xanımının ÇILPAQ ŞƏKLİ SİLİNDİ - FOTO

Onun ilk həyat yoldaşı, Kanadalı yazıçı Castin Mask beş oğul dünyaya gətirib - Damian, Ksavyer, Kay, Griffin və Sakson.

8 illik evlilikdən sonra cütlük boşanıb və 2010-cu ildə İlon Mask 23 yaşlı aktrisa Talula Riley ilə evlənib. İki il evli qaldıqdan sonra boşanan İlon və Talula 2013-cü ildə yenidən birləşiblər. Lakin bu dəfə də evlilikləri cəmi 3 il davam edib. 2016-cı ilin noyabrında Mask Rileydən ayrılıb.

İlk dəfə Maskın "Grimes" ilə münasibətləri barədə 2018-ci ildə məlum olub. Həmin ilin payızında ukraynalı-fransız müğənni Maskın uşaqları ilə gəzintiyə çıxdığı zaman görüntülənib.

İlon Mask altıncı dəfə ata olacaq: hamilə xanımının ÇILPAQ ŞƏKLİ SİLİNDİ - FOTO
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz