07 iyun 2020 / 23:01
Şou Biznes

"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar

"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar
Bir vaxtların məşhur "Çılğın Bediş" serialındakı Banu obrazını canlandıran Sonay Aydının yeni fotoları hər kəsi təəccübləndirib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 1996-2001 illərdə "Kanal D"nin ən reytinqli ekran işi olan "Çılğın Bediş"də ən çirkin obraz Banu idi. Serial başa çatdıqdan sonra Sonay İngiltərəyə köçüb.

Təkcə görünüşü yox, aktrisanın həyatı da tamamilə dəyişib. Aydın yaşadıqlarını "2. Sayfa" proqramında danışıb.

"Sosial şəbəkədə "Hansı əməliyyatları etdirdin, necə dəyişdin" kimi suallar ünvanlanır. Burnumu əməliyyat etdirdim. Saçlarımın rəngini dəyişdirdim. Çox arıq idim, kökəldim. Ancaq bunları etdim" deyə, aktrisa söyləyib.

O bildirib ki, əri ingilisdir. Allan Gibsona türk dilini öyrətdiyini söyləyən Sonay "İlk kəlməsi eşqim oldu. Ona paxlava, böyrək bişirirəm. Mədəniyyətimizə heyrandır" sözlərini əlavə edib.

Aktrisa "Çılğın Bediş"dən də bəhs edib və bunları deyib:

"Həyatımın dönüş nöqtəsi o serial oldu. kastinqlərə gedəndə saçlarımı düzəltdirdim, qaşlarımı uzatdım. "Banu" obrazına girdim. Rejissor Turqut Yasalar "Biri məni çimdikləsin, bu qız karukaturadan gəlib?" dedi. Həmin an rolu aldığımı bildim. İndi gəl, serial çəkirik, desələr, qaçaram. Elə gözəl yaradıcı heyət var idi ki...".(axşam)

"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar
"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar
"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz