09 iyun 2020 / 21:24
Şou Biznes

Məhkəmədən rədd cavabı alan Cemin sevgilisi yeni görüntülərini yaydı - FOTO

Məhkəmədən rədd cavabı alan Cemin sevgilisi yeni görüntülərini yaydı - FOTO
Bodrumda kirayələdiyi evin hovuzunda aktrisa sevgilisi Serenay Sarıkaya ilə istirahət edən məşhur yumorist və şoumen Cem Yılmaz yenə də medianın dilinə düşüb.

Oxu.Az xəbər verir ki, məhkəmədə hüquqlarının pozulduğunu iddia edən C.Yılmaz fotolarının əlçatanlığına məhdudiyyət qoyulması üçün iddia irəli sürsə də, tələbi rədd ediləndən sonra sevgilisi ilə şəkil çəkdirərək, yenidən gündəmə gəlib.

S.Sarıkaya C.Yılmazla səmimi görüntüsünü lentə alaraq sosial media hesabında izləyiciləri ilə bölüşüb. Aktrisanın məhəbbət işarəsi ilə yayımladığı şəkilə 700 minə yaxın bəyənmə, 23 min şərh gəlib.

Onların ağlı-qaralı fotosuna sosial media əhli “Bir-birinizə çox yaraşırsınız” kimi şərhlər yazıb.

Qeyd edək ki, Cem Yılmaz 2013-cü ildə aktrisa Ahu Yağtudan boşanıb. Serenay Sarıkaya isə üç il yarım sevgili olduğu aktyor Kərəm Bursinlə evlənməyi düşünmədiyini demişdi.

Məhkəmədən rədd cavabı alan Cemin sevgilisi yeni görüntülərini yaydı - FOTO
Ctrl
Enter
Burada səhf var
Mətni seçib Ctrl+Enteri basın
Rəy yaz